Ukrayna kəşfiyyatı Rusiyanın itkilərini göstərib | VİDEO

   Ukrayna kəşfiyyatı Rusiyanın itkilərini göstərib    | VİDEO
  25 Avqust 2025    Oxunub:628
Ukraynanın Müstəqillik Günü axşam saatlarında Rusiya telekanallarında Ukraynaya qarşı müharibədə Rusiya ordusunun real itkilərini açıqlayan videoçarx nümayiş etdirib.
AzVision.az bildirir ki, bu barədə “RBC-Ukraynaya” telekanalına Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (BKİ) mənbələr məlumat verib.

“Yerli kiberpartizanlar Rusiyanın “No3” provayderinin serverini sındıraraq eyni vaxtda 116 telekanalda “icazəsiz” video yayımlamağa nail olublar. Bundan əlavə, kiber fəallar yayımı dayandırmağı çətinləşdirmək üçün administratorların serverlərə girişini bloklayıblar”, - mənbələr bildiriblər.

Nəticədə, Moskvadan və Rusiyanın digər regionlarından olan azı 50 min abunəçi üç saatdan çox müddət ərzində öz ekranlarında Rusiya neft emalı zavodlarının dağıdılması və hərbi məzarlıqların görüntülərini izləyib. Rəqəmsal televiziyası olmayan tamaşaçılar üçün yayım “Apple Store”, “Google Play”, “Smart TV” və kabel şəbəkələri vasitəsilə mümkün olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   itkilər  



Xəbər lenti